Prezident: - “Göstəriş verdim ki, xarici qonaqları Azərbaycana dəvət edib, bu bölgələrə gətirib, onlara erməni vəhşiliyini, əməllərini göstərək” - VİDEO | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


Prezident: - “Göstəriş verdim ki, xarici qonaqları Azərbaycana dəvət edib, bu bölgələrə gətirib, onlara erməni vəhşiliyini, əməllərini göstərək” - VİDEO

Siyasət A- A A+

“İndi isə Füzulidən Xocavənd rayonuna gedirik. Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır. Gözəl qarlı dağlar, dağların başında qar”.

Eurasia Diary-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı deyib.

Prezident bildirib ki, gözəl Azərbaycan diyarımızdayıq: “Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi Füzuli şəhərinə bitişik kənddir və Füzuli şəhəri azad olunanda Şəkərcik uğrunda da şiddətli döyüşlər gedib. Baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə-yeksan edib. Füzuli şəhərində biz artıq olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görüb. Bütün dünya görüb və görməlidir. Bütün dünya görməlidir. Və göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib, bu bölgələrə gətirib, onlara erməni vəhşiliyini, əməllərini göstərək. Bütün dünya görür ki, hansı vəhşi düşmənlə biz müharibə aparmışıq və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir”.

Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...