Səudiyyə Ərəbistanı və ABŞ Hərbi Dəniz Qüvvələri birgə “Dəniz Müdafiəçisi 21” adlı dəniz təlimlərinə başlayıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Kral Əbdül Əziz dəniz bazasında keçirilən təlimlərdə Britaniya qüvvələri də iştirak edir.
Təlim dəniz təhlükəsizliyini gücləndirmək, ərazi sularının qorunmasını təmin etmək və döyüş təcrübəsi mübadiləsi edərək iki qüvvə arasında döyüş hazırlığını yüksəltmək, dəniz təhlükəsizliyi əməkdaşlığını genişləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, ABŞ-da Trampın hakimiyyətdən getməsi fonunda İranla regional gərginlik yüksəlmişdi.