Ərdoğan: - "Ermənistan soydaşıma qarşı savaşırsa, biz dəstək verməyəcəkdikmi?" | Eurasia Diary - ednews.net

6 Mart, Şənbə


Ərdoğan: - "Ermənistan soydaşıma qarşı savaşırsa, biz dəstək verməyəcəkdikmi?"

Siyasət A- A A+

"Pilotlu, pilotsuz təyyarələrimiz bütün dünyada təqdir olunur. Ən son 44 günlük Qarabağ savaşında bu təyyarələrimizin böyük xidməti olub".

Eurasia Diary-nin xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 5-ci istehsalı olan “İstanbul” savaş gəmisinin dənizdə ilk səyahətə açılış mərasimində danışarkən deyib.

Prezident bildirib ki, bu təyyarələrin istehsalı üçün Kanadadan aldıqları kameraların artıq verilməməsi də Türkiyəni yerli kamera istehsalına yönəldib: "Pis qonşular bizi ev sahibi etdi. Guya Türkiyə ilə NATO-da müttəfiqik, bu kameraları bizə satmadılar ki, niyə bu silahlarınız Ermənistana qarşı vuruşur. Amma Ermənistan bizim dostumuza, mənim soydaşlarıma qarşı savaşır, biz dəstək verməyəcəkdikmi?".

Ərdoğan deyib ki, Türkiyə artıq öz müharibə gəmisini qura bilən 10 ölkə arasında yer alır, pilotsuz təyyarə istehsalı üzrə isə ilk 3 ölkə arasındadır.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...