Ərdoğan qaçırılan gəminin kapitanı ilə telefonla danışdı | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


Ərdoğan qaçırılan gəminin kapitanı ilə telefonla danışdı

Siyasət A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılmış gəmi ilə bağlı açıqlama verib.

Eurasia Diary Yeniavaz.com-a istinadən xəbər verir ki, Ərdoğan həmin gəminin kapitanı Furkan Yaren ilə iki dəfə telefonla danışıb.

Türkiyə prezidenti prosesi yaxından izlədiyini və qaçırılan gəmi personalının qurtarılması ilə bağlı bütün səlahiyyətlilərə təlimat verdiyini bildirib.

Xatırladaq ki, Türkiyə şirkətinə məxsus “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...