PA-nın şöbə müdiri Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyalarından danışdı | Eurasia Diary - ednews.net

9 Mart, Çərşənbə axşamı


PA-nın şöbə müdiri Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyalarından danışdı

Siyasət A- A A+

“Azərbaycan və Türkiyəyə qarşı güclü qarayaxma kampaniyaları aparılır. Bunların qarşısının alınması üçün bizim birgə səylərimizə böyük ehtiyac var”.

Eurasia Diary “Report”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində Azərbaycan və Türkiyənin diaspor təşkilatları var: “Onların da səylərinin bir araya gətirilməsi və ölkələrimizə qarşı aqressiv hərəkətlərə qarşı birgə mübarizənin aparılmasını vacib hesab edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...