Mustafayev-Qriqoryan görüşündə nədən danışılacaq? - Moskvadan açıqlama gəldi | Eurasia Diary - ednews.net

18 Aprel,


Mustafayev-Qriqoryan görüşündə nədən danışılacaq? - Moskvadan açıqlama gəldi

Siyasət A- A A+

Qarabağla bağlı üçtərəfli işçi qrupun ilk görüşü yanvarın 30-da keçiriləcək.

Eurasiya Diary xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk regional nəqliyyat infrastrukturunun bərpası barədə müzakirələr aparılacağını söyləyib.

“Mövzular Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatında müəyyən olunub. İlk növbədə, nəqliyyat infrastrukturunun bərpası və inkişafı problemlərinə baxacağıq” - deyə o açıqlayıb.

Overçuk görüşlərin hansı tezlikdə baş tutacağı və ancaq Moskvada keçirilib-keçirilməyəcəyi barədə suala konkret cavab verə bilməyib.

“Hələlik heç nə demək olmaz. Biz ilk dəfədir ki, görüşürük. Necə alınsa, elə də gedəcək”- deyə Overçuk söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...