Ermənilər addımbaaddım geri çəkilir | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


Ermənilər addımbaaddım geri çəkilir

Siyasət A- A A+

Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli razılaşmadan sonra Zəngəzur erməniləri bölgəni tərk edir.

Eurasia Diary Modern.az-a istinadən xəbər verir ki, Qafan, Gorus, Mehri və Sisian sakinləri Azərbaycanla dövlət sərhədinin tam bərpa olunmasından ərazidə yaşayışın çətinliyindən şikayətlənir. Onlar Azərbaycanın Zəngilan, Qubadlı və Laçın rayonlarının işğal altındakı ərazilərinin Azərbaycan Ordusu tərəfindən azad olunmasından sonra strateji yüksəklikləri itirdiklərini, əkinə yararlı sahələrin azaldığını və nəqliyyat probleminin yarandığını bildiriblər.

Ermənistanın “Joğovurd” qəzeti 2020-ci ildə Ermənistanın bölgələri üzrə əhali sayındakı azalmanı hesablayıb. Məlumata görə, ötən il ən böyük azalma məhz Zəngəzur (Syunik) bölgəsində qeydə alınıb.

Ötən il bölgədə yaşayan insanların sayı 1300 nəfər azalıb. Lori vilayətində ötən il əhali 700 nəfər, Araqatsotn vilayətində 200 nəfər, Ararat vilayətində 100 nəfər, Qeqarkunik vilayətində 300 nəfər və Şirak vilayətində isə 400 nəfər azalıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...