Dövlət başçısı: - Ermənistan bizə qulaq assaydı belə rəzil duruma düşməzdi | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Dövlət başçısı: - Ermənistan bizə qulaq assaydı belə rəzil duruma düşməzdi

Siyasət A- A A+

"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Dünən şəhid ailələri ilə görüşüm Ermənistandakı hadisələrdən əvvəl idi. Bu çıxışımdan sonra hadisələrdən məlumat aldım. Hadisələr göstərdi ki, mən haqlı idim".

Eurasia Diary xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir.

Onlar nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyirdirlərsə, o qədər asılı vəziyyətə düşürdü. Ermənistanı ardıcıl şəkildə bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim.

Açıq şəkildə dəfələrə deyirdim ki, bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğaldan azad olunsun. İşğal altında olan ərazilərimizdən silahlı qüvvələrini çıxartsınlar, sonra əməkdaşlıq da ola bilər, siyasətimizdə də dəyişiklik ola bilər. Əfsus ki, nə əvvəl, nə sonra çağırışlarımıza qulaq asmadılar. Qulaq assaydılar belə rəzil duruma düşməzdilər", - dövlət başçısı əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...