13 noyabrdan bu günədək Ermənistana 1374 cəsəd təhvil verilib - Rusiya XİN | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


13 noyabrdan bu günədək Ermənistana 1374 cəsəd təhvil verilib - Rusiya XİN

Siyasət A- A A+

Ermənistan tərəfinə noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib.

Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə meyitlərin axtarışının dayandırılması ilə bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, vəziyyəti sülhməramlılar daha yaxşı bilir və işlərin dayandırılması ilə bağlı onlara müraciət etmək daha yaxşı olar.

“Əldə olan məlumatlara görə, 2020-ci ilin 13 noyabrından bu günə kimi 1684 hərbçinin meyiti təhvil verilib. Onlardan 1374-ü Ermənistana, 310-u isə Azərbaycana təhvil verilib”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...