Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin əmri ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini seçilib.
Eurasia Diary xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında məlumat verilib.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Qeyd edək ki, bu gün YAP-ın VII qurultayı keçirilib.