Ərdoğan Qarabağdan danışdı - "Uğurla sona çatdırdıq" | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


Ərdoğan Qarabağdan danışdı - "Uğurla sona çatdırdıq"

Siyasət A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hərbi dəniz qüvvələrinin “Mavi Vətən 2021” taktiki təlimlərinə videokonfrans yolu ilə qatılıb və çıxışında Qarabağdan da danışıb.

Türkiyə KİV-lərindən verilən məlumata görə, Ərdoğan ölkəsinin son illərdə milli hərbi sənayesini necə inkişaf etdirdiyi, döyüş gəmiləri də daxil olmaqla bir sıra yeni silah sistemləri istehsal etdiyini, pilotsuz döyüş təyyarələrini istehsal edən 3-4 ölkədən birinə çevrildiyini bildirib.

Ərdoğan habelə Türkiyənin Suriyada, Liviyada, Qarabağda atdığı addımlardan bəhs edib. Aralıq dənizinin şərqində ölkəsinin iqtisadi maraqlarını qorumaq üçün qətiyyətli addımlar atdığını vurğulayıb.

“Aralıq dənizinin şərqində yer alan karbohidrogen ehtiyatları üzərindəki hüquqlarımızı nəyin bahasına olursa olsun qoruyacağımızı açıq şəkildə ortaya qoyduq. Beynəlxalq hüquq təməlində atdığımız addımlarla Liviyanın qiyamçılar tərəfindən işğal edilməsinə mane olduq. Ölkəmizi Antalya sahillərinə sıxışdırmağa çalışan hüquqsuz təşəbbüslərin hamısını boşa çıxardıq. Dağlıq Qarabağdakı işğala son qoyulması başda olmaqla başlatdığımız hər təşəbbüsü, şükürlər olsun ki, uğurla sona çatdırdıq”,-Ərdoğan çıxışında bildirib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...