Rusiya 5 il sonra Qarabağın açarını Azərbaycana verəcək? “Le Monde” yazır

Siyasət 20:13 15.03.2021

Fransanın “Le Monde” qəzetində “Azərbaycanda Rusiya ordusunun Qarabağdakı rolunu müzakirə edirlər” başlıqlı məqalə dərc olunub.

Məqalənin müəllifi Pol Taviynodur.

Eurasia Diary-nin məlumatına görə, məqalədə 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında 44 davam edən müharibədən, Azərbaycanın bu savaşdan qalib çıxmasından, həmin il noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanat imzalamasından, bundan sonra hərbi əməliyyatların dayandırılmasından, bəyanata uyğun olaraq Dağlıq Qarabağda ən azı 5 illiyə Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsindən bəhs olunur.

Bildirilir ki, Ermənistanla müharibədən qalib çıxan Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən 30 il sonra Rusiya qoşunlarının qayıtması ilə barışmağa məcbur olub: “Bəs 5 il sonra Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytaracaqmı? Azərbaycan cəmiyyətində bununla bağlı mübahisəli fikirlər dolaşır.

Bakıda Moskvanın əsl niyyəti haqda şayiələr aşıb-daşır. Doğrudanmı Rusiya sülhməramlıları bu mübahisəli ərazidə ikinci müharibəyə son qoyan 10 noyabr bəyanatına uyğun olaraq 5 il sonra Dağlıq Qarabağın açarını Azərbaycana verəcək? Buna yalnız rəsmi mövqeyi təkrarlamağa ehtiyac duyanlar inanırlar”.

Məqalədə deyilir ki, rəsmi Bakı Azərbaycanın müharibədə qalib gəldiyini, Qarabağ məsələsinin birdəfəlik həll olunduğunu bəyan edir, amma fakt ondan ibarətdir ki, heç bir dövlətin, hətta Ermənistanın da tanımadığı qondarma “Dağlıq Qarabaq respublikası”nda hələ də Azərbaycanın yurisdiksiyası xaricində yüz min erməni yaşayır: “Separatçı ordu müharibədən sonra çox zəifləsə də, hər halda bölgədə yerləşdirilmiş 1960 rus hərbçisinin nəzarəti altında mövcudluğunu saxlayır. Beləliklə, hazırkı vəziyyət Qarabağ ermənilərinin 1991-ci ildə müstəqillik əldə edəndən bəri ilk dəfədir Rusiyanın bölgədə hərbi varlığına dözmək məcburiyyətində qalan Azərbaycana “inteqrasiyası”ndan çox uzaqdır.

“Rusiya 30 ildə arzuladığına nail oldu, yəni öz əsgərlərini yenidən torpağımızda yerləşdirdi, – Azərbaycanın adının çəkilməsini istəməyən bir rəsmisi belə hesab edir. – Biz üçtərəfli razılaşmanın tam icra olunmasını və suverenliyimizin bütün ərazilərimizdə bərqərar edilməsini istəyirik. Rusiya isə daha çox vəziyyəti indiki kimi dondurub saxlamaqda və bölgədə öz mövcudluğunu davam etdirməkdə maraqlıdır”.

Bununla belə, Azərbaycan rəsmisi etiraf edir ki, Rusiyanın iştirakı bölgədə gərginliyin azalmasına və sabitliyin əldə olunmasına yardım edib.

Azərbaycan cəmiyyətinin bir qismi sakitlikdən məmnundur və rusiyalı hərbçilərin qayıtması faktı ilə barışmağa hazırdır. “Bizim şimal qonşumuz çox güclüdür. Onunla mübahisə etmək yox, dil tapmaq gərəkdir. O, bizdən də, Türkiyədən də güclüdür” – Bakıda telefon satışı ilə məşğul olan Elxan Fətəli belə deyir.

Ancaq Azərbaycan cəmiyyətinin digər bir qismi rus ordusuna açıq-aşkar narazılıqla baxır və bu ordunun 1990-cı ildə Bakıda Qara Yanvar hadisələrinə, müstəqillik uğrunda mübarizə aparan 147 azərbaycanlının ölümünə bais olduğunu unutmur. Rusiya hərbçiləri həm də erməni separatçılarla əlbir olmaqda şübhəli bilinirlər. Bu inamsızlığa son vaxtlar sosial şəbəkələrdə yayılan, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun separatçı rejimin lideri Araik Arutyunyanla qucaqlaşdığını əks etdirən kadrlar rəvac verib”.

Pol Taviyno daha sonra türkiyəli jurnalist Ragıp Soylunun bu yaxınlarda “Middle East Eye” saytında dərc etdirdiyi yazısına toxunur. Həmin yazıda Ragıp Soylu adını çəkmədiyi yüksək rütbəli rəsmilərdən birinə istinadla bildirib ki, ötən il Qarabağ müharibəsinin son günlərində Rusiya Ermənistanı Azərbaycana “İskəndər” raketi atmağa təhrik edib, amma Azərbaycanın hərbi arsenalında olan, İsrailin istehsal etdiyi “Barak-8” raketdən müdafiə sistemi sayəsində “İskəndər”i zərərsizləşdirmək mümkün olub.

Pol Taviyno hesab edir ki, “Middle East Eye” saytında dərc edilən yazı azərbaycanlıların yarasına duz basıb: “Saytın məlumatına görə, liderləri müharibəni dayandırmağa və Rusiya şərtləri ilə sülh müqaviləsi imzalamağa məcbur etmək üçün rəsmi Moskva ermənilərə Bakıya “İskəndər” raketi atmağı tövsiyə edib. Ermənistanın hərbi arsenalında 20 belə yüksəkdəqiqlikli və güclü raket var və bəzi hərbi ekspertlərin fikrincə, Yerevan yalnız Rusiya komanda verdikdən sonra həmin raketlərdən istifadə edə bilər. 2020-ci ilin noyabrın 9-da həqiqətən də Bakıya ballistik raket atılıb. Amma Rusiya və Azərbaycan bu raketin “İskəndər” olduğunu etiraf etmir”.

Rusiyadan narazılığın həm də 10 noyabr bəyanatının qaranlıq məqamlarından qaynaqlandığını yazan Pol Taviyno rus hərbi kontingentinin Qarabağda 5 ildən artıq qala bilməsinə imkan verən müddəanı həmin məqamlardan biri kimi qeyd edir.

Pol Taviyno öz məqaləsində azərbaycanlı siyasi icmalçı Anar Məmmədlinin fikirlərinə də yer ayırır. Onun yazdığına görə, Anar Məmmədli hesab edir ki, 10 noyabr bəyanatında Rusiya sülhməramlılarının mandatı və səlahiyyətləri müəyyən olunmayıb. “Bəyanatın erməni silahlı qvvələrinin tərksilah olunmasına dair 4-cü bəndi dəqiq qrafik müəyyən etmir, – Anar Məmmədli belə deyir. – Həmin bənddə Rusiya ilə yekun və ətraflı müqavilənin son imzalanma tarixi qeyd olunmayıb. Sazişlərdəki boşluqlardan gözəl istifadə etməyi bacaran Vladimir Putinlə danışıqlarda dəqiq detalların və cədvəlin göstərilməməsi Azərbaycan diplomatiyasının böyük yanlışlığıdır”.

Pol Taviyno hesab edir ki, Azərbaycan hakimiyyəti münaqişənin həll olunmadığı həqiqətini danmağa çalışır. Bu isə, müəllifin fikrincə, iki əsas problemə yol açır. Birincisi, vətəndaş cəmiyyəti cavab tələb edir, xüsusilə də 1990-cı illərdə, birinci müharibə zamanı Dağlıq Qarabağdan qovulan minlərlə azərbaycanlının gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyir. İkincisi, bütün bunlar Azərbaycanda rəsmi mediaya əli çatmadığından mövzunu sosial şəbəkələrdə fəal şəkildə qabardan müxalif cərəyanların (liberallar, türk millətçiləri və islamçılar) əlində bir silaha çevrilir.

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO

Xəbər xətti

Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Hamısı