"Ağdamdakı Türk general və zabitlər Azərbaycan üçün bir zəmanətdir, təminatdır..."

Siyasət 20:34 18.03.2021

Azərbaycan gənc ölkə olmağına baxmayaraq, güclü dövlətdir. 44 günlük Vətən müharibəsində xüsusi bir əzmlə torpaqları uğrunda vuruşan bir dövlətin əsgərləri, sözün əsl mənasında, öz ölkələrinin qüdrətini qazandıqları Zəfərlə bütün dünyaya sübut etdilər. Belə bir müvəffəqiyyət təbii ki, Azərbaycanın dünya miqyasında ön sıralarda qərar tutmasına səbəb oldu.

Şanlı tariximizə daha bir qələbə qızıl hərflərlə yazıldı. Qələbəmizdən sarsılan Ermənistanın hazırkı durumu, Türkiyənin Azərbaycana mühüm dəstəyi, gələcəkdə rəsmi İrəvanla münasibətlərin hansı səviyyədə qurulacağına dair suallarımızı tanınmış Türkiyə diplomatı, qardaş ölkənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç cavablandırdı.

  – Hulusi bəy, əvvəlcə, Azərbaycanın möhtəşəm qələbəsinə toxunmağınızı istərdik. Qarabağda əldə etdiyimiz zəfər barədə nə deyərdiniz?

– Can Azərbaycanımızın 44 günlük Vətən müharibəsinin tarixi qələbə ilə nəticələndiyini görməkdən böyük xoşbəxtlik duyuruq. Türkiyə olaraq, Azərbaycanın qələbəsini öz zəfərimiz kimi qəbul edirik. Azərbaycan torpaqları 30 ilə yaxındır işğal altında idi. Düşməni işğal altında olan torpaqlardan təmizlədik. Vətən müharibəmiz böyük bir qalibiyyətlə başa çatdı. BMT-nin 1993- cü ildə qəbul etdiyi 4 qətnaməsinin icrasını Azərbaycan Prezidenti İlham Əliyev yerinə yetirdi. Eləcə də, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 28 ildir etməli olduğu işi həyata keçirdi və həmsədrlər sistemini tarixin arxivinə gömdü. Bu prosesdə Azərbaycan xalqı dünyaya çox nümunəvi xalq olduğunu göstərdi. Xalq öz liderinin, Ali Baş Komandanının ətrafında birləşdi, ona dəstək oldu, Ermənistanın atdığı qadağan olunmuş bombalara qarşı cəsarətlə müqavimət göstərdi, heç bir zaman, heç nədən qorxmadı. Bundan başqa, Azərbaycanın müasir orduya malik olduğuna şahidlik etdi. Təbii ki, bu torpaqlarımız şəhidlərimiz qanı hesabına azad edildi. Qəhrəman oğullar torpaq üçün canlarından keçdilər. Allah onlara rəhmət eləsin, qazilərimizə sağlam və uzun ömür diləyirik.

Bu prosesdə digər mühüm məqam Türkiyənin qardaş Azərbaycana verdiyi dəstək idi. Başda dövlət başçımız, cənab Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər nazirimiz Mövlud Çavuşoğlu, Müdafiə nazirimiz Hulusi Akar, Türkiyə Böyük Millət Məclisi və bütün türk xalqı istənilən şərtlərdə Azərbaycanın yanında olduğunu dünyaya göstərdi, diplomatik, siyasi və mənəvi dəstək oldu. Bunu hər kəs – dost da, düşmən də gördü. Torpaqların işğaldan azad edilməsi ilə ortaya yeni reallıqlar çıxıblar. Bu illər ərzində ermənilərin bütün tarixi, dini abidələrin, evlərin hamısını dağıdıb xarabazara çevirdiyini gördük. Əlbəttə, bütün bunlar bərpa olunacaq, yeni yollar çəkiləcək, Füzulidə hava limanı inşa olunacaq, həmçinin evlər tikiləcək ki, məcburi köçkün və qaçqınlar evlərinə geri qayıtsınlar.

Qafqazda belə reallıqlar var. Ermənistan bu gerçəkliklə barışmalıdır. Bu reallıqla barışarsa, Ermənistan xalqı qurtulacaq. Erməni xalqı bugünədək normal bir lider görə bilmədi. Ölkədə daim xaos olub. Bundan sonra ağıllarını başlarına yığarlarsa, Azərbaycan və Türkiyə ilə barışarlarsa, erməni xalqı da böhrandan çıxa, irəli gedə bilər. Ermənistan diasporun və kilsənin təzyiqindən xilas olmalıdır. Bu, mümkün olarsa, Ermənistanla qonşuluq münasibətləri qurular. Bu günə kimi terror dövləti kimi davranıb və qonşu ölkələrə və xalqlara həmişə kin, nifrət bəsləyib. Ermənistan bunlardan təmizlənməlidir, orada yeni bir nəsil yetişməlidir. Qarabağda terrorçuluq cəhdlərinə yol verilməməlidir. 10 noyabr bəyanatından sonra yeni bir vəziyyət yaranıb. Azərbaycanı Naxçıvanla bağlayan Zəngəzur dəhlizinin açılması məsələsi olduqca əhəmiyyətlidir. Bu dəhliz vasitəsilə əməkdaşlıq imkanları irəli sürülür. Bu iş birliyi bölgədə yeni üfüq açacaq, yəni bu yolun salınması ilə Türkiyə ilə Azərbaycan arasında, həmçinin türk dünyası ilə bağlantı qurulacaq. Bundan İran, Rusiya, Gürcüstan, Azərbaycan yararlanacaq, əslində, Ermənistan da yararlanacaq. Elə ən böyük qazanc da Ermənistanınkı olacaq, çünki Türkiyənin və Azərbaycanın əlaqələri mövcuddur. İki ölkə başçısı cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ermənistana əl uzatdı. Ermənistan bu əli sıxmalı və yeni gerçəkliklə barışmalıdır. Yəni bu vəziyyət Azərbaycanın qalibiyyətinin ortaya qoyduğu nəticələrdir.

– Ermənistandakı hazırkı durumu necə dəyərləndirirsiniz? Sizcə, Türkiyə və Azərbaycanın gələcəkdə Ermənistanla münasibətləri necə olacaq?

– 10 noyabr bəyanatından 4 ay ötüb. Dörd aydır Ermənistanda sular durulmur, müxalifət davamlı olaraq aksiyalar keçirir. Heç zaman ölkədə sabitlik olmayıb. Nikol Paşinyan müdafiə nazirini və xarici işlər nazirini vəzifəsindən azad etdi. Müxalifətin nümayişləri ilə paralel olaraq müharibədə övladlarını itirmiş valideynlərin etirazları keçirilir. Bunlar, təbii ki, Ermənistanın daxili işləridir, tez bir zamanda bu problemləri yoluna qoyub davamlı sülhü təmin etməli, həqiqətlə barışmalı və barışa doğru addım atmadır. Biz Türkiyə və Azərbaycan olaraq, Ermənistanın qonşuluq prinsiplərinə riayət edib torpaq bütövlüyümüzün tanımasını gözləyirik. Cənab Ərdoğan və Əliyevin dediyi kimi, bizim heç bir xalqla düşmənçiliyimiz yoxdur. Biz xalqlarla hər zaman dostuq. Türkiyədə yaşayan altmış mindən çox erməni əsilli vətəndaşımız, yüz minə yaxın Ermənistandan gəlib işləyən və ölkələrinə çörəkpulu göndərən insanlar var. Eyni zamanda Azərbaycanda da 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı var. Ermənistan rəhbərləri Azərbaycanın torpaq bütövlüyünü tanıyaraq Türkiyəyə yönəlik torpaq iddiasından, “soyqırımı” iddiasından əl çəkməlidirlər. Təbii ki, bundan sonra Ermənistanla münasibətlərimizi normallaşdırarıq. Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla olan sərhədini bağlamışdı. 28 ildir bu sərhəd açılmır. Bu sərhədin açılması üçün şərt bəllidir. Biz qardaşımızı heç vaxt incitmərik, buna 2009-cu ildə cəhd olundu, nəticəsiz qaldı. Dediyim kimi əgər Ermənistan Azərbaycanımızın torpaq bütövlüyünü tanıyıb Qarabağda terrorçuluq fəaliyyətindən, Türkiyəyə olan torpaq və uydurma “soyqırımı” iddialarından imtina edərsə, sərhəd açılar, münasibətlər də normallaşar. Ən qısa zamanda barış anlaşmasının imzalanmasını gözləyirik. Qeyd etdiyim kimi, biz həm Azərbaycan, həm də Türkiyə olaraq münasibətlərin normallaşmasına müsbət yanaşırıq.

– Türk əsgəri artıq Qarabağdadır, Monitorinq Mərkəzində təhlükəsizlik tədbirlərinə nəzarət edir. Bu faktı necə qiymətləndirirsiniz?

– Türk əsgərinin Ağdamdakı Monitorinq Mərkəzində tapşırıq yerinə yetirməsi tarixi faktdır. Yüz iki il sonra türk əsgəri can Azərbaycana qardaş köməyinə gedib. Burada tapşırıqları icra edən general və zabitlərimiz işlərinə Azərbaycanımızın general və zabitləri kimi yanaşırlar. Azərbaycanın haqq və hüququnu təmin etmək, təhlükəsizliyini qorumaq üçün oradadırlar. Ermənistan öhdəsinə düşəni edərsə, terror cəhdlərinə girişməzsə, bu dönəm başa çatacaq, 5 il sonra rus və türk əsgərləri mərkəzdən ayrılacaqlar. Biz Azərbaycanın təhlükəsizliyinə diqqətlə yanaşırıq. Bu səbəbdən Ağdamdakı türk general və zabitlərinin olması həqiqətən çox önəmlidir. Azərbaycanımız üçün bir zəmanətdir, təminatdır. Onlar verilən tapşırıqları sona qədər yerinə yetirəcək, Azərbaycanımızın mənfəət və maraqlarına nəzarət edəcəklər. Fəaliyyətə başladıqları vaxtdan bəri hər şey normal davam edir. Təbii ki, çox şey Ermənistandan asılıdır. Ermənistan təhlükəsizliyi təhdid edib terrorçuluğa şərait yaratmazsa, problem olmayacaq. Heç Ermənistana belə bir şeyə fürsət də verilməyəcək. Azərbaycanımızın dövlət maraqları hər şeydən vacibdir.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı