Gecə ilə baş tutan 5 saatlıq görüş Belarus Prezidentini Azərbaycana səfər etməyə nə məcbur edir?

Siyasət 16:12 14.04.2021

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıya səfərdədir. İlk öncə Belarus dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi formada görüş keçirib. Belarus mətbuatının verdiyi məlumata görə, təxminən 5 saat çəkən bu görüşdə beynəlxalq məsələlər müzakirə edilib.

İki dövlət lideri bu gün rəsmi formada görüş keçirib və bir sıra bəyanatlarla çıxış edib. İkitərəfli əlaqələrin inkişafı, karbohidrogen sahəsində əlaqələr və Qarabağın azad edilməsi əsas mövzular olub.

Lukaşenko Azərbaycanın milli arzusuna yəni torpaqlarının azadlığına qovuşduğu üçün sevinc hissini ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyev də Belarus dövlətini dost adlandıraraq, qarşılıqlı ticarət dövriyyəsindəki müsbət dinamikanı vurğulayıb.

Qeyd edək ki, qəfil elan edilən səfərlə bağlı məlumatdan sonra bir çox ekspertlər Lukaşenkonun Azərbaycan səfərinin arxasında hansı məqsədlər durduğu barədə baş sındırmağa başladılar. Bəzi mənbələr Belarus Prezidentinin müharibədən sonra tutulan erməni terrorçuları üçün şəxsi xahişlə gəldiyini, digərləri isə onun “İsgəndər” qalmaqalından sonra Rusiya ilə Azərbaycan arasında vasitəçi olmaq istədiyini bildiridilər.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri və politoloq Elxan Şahinoğlu Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərini Eurasia Diary-yə şərh edib.

Politoloq Belarusun Azərbaycanla əməkdaşlığın inkişafına ehtiyacı olduğunu bildirib. O, Minskin iqtisadiyyatında problem olduğunu və buna görə də kreditlərə ehtiyac yarandığını qeyd edib.

“Azərbaycan münasib kreditlər də verə bilər, neftin təminatında da yardım edə bilər. Bizim qarşılıqlı maraqlarımız var, Belarusdan hərbi texnikalar da ala bilərik. Belarusdan “Polonez”raketləri almışıq. Bir sözlə iki tərəfli əməkdaşlıq hər iki dövlətə xidmət edir. Belarus Prezidentinin səfəri də Azərbaycana verdiyi qiymətdir. O, nə Gürcüstana, nə də Ermənistana getmir, birbaşa Azərbaycana gəlir. Lukaşenko Qarabağın işğaldan azad edilməsi ilə bağlı xoş ifadələr işlədir ki, bu da bizim xeyrimizədir. Düşünürəm ki, bugünkü görüşün nəticəsi olaraq, Azərbaycanla Belarus arasında qarşılıqlı əlaqələr genişlənəcək”, deyə Elxan Şahinoğlu söyləyib.

Eyni zamanda, Elxan Şahinoğlu səfərin digər məqamlarının da ola biləcəyini istisna etməyərək, indidən onların haqqında danışmağın tez olduğunu və zamana ehtiyac duyulduğunu vurğulayıb.

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı