Gürcüstan siyasətində sular durulur - İqtidar müxalifətlə razılaşma imzalayacaq | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Gürcüstan siyasətində sular durulur - İqtidar müxalifətlə razılaşma imzalayacaq

Siyasət A- A A+

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifətlə danışıqlarda vasitəçilik etmiş Avropa Şurası prezidentinin nümayəndəsi Kristian Danielsonun hazırladığı sənədi imzalayacaq.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sənədə imza bu gün ictimaiyyət qarşısında atılacaq.

Spiker deyib ki, sənəddə növbədənkənar seçkilərlə bağlı heç bir bənd yoxdur və bu da parlamentin legitimliyini bir daha sübut edir.

Qeyd edək ki, sənəd martın 31-də dərc olunub. “Gürcüstanın gələcək yolu” adlı sənəddə bildirilib ki, müxalifət növbəti seçkilərə qədər parlamentdə fəaliyyət göstərməyə razılaşacaq. İmzalanmadan bir həftə sonra 2019-cu ilin 19-21 iyun hadisələri zamanı həbs olunanların azadlığa buraxılmasını nəzərdə tutan amnistiya qanunu ilə bağlı təşəbbüs qaldırılacaq. Siyasi böhrandan çıxış məqsədilə hazırlanan razılaşmaya seçki və məhkəmə islahatları, parlamentdə hakimiyyət bölgüsü və bu ilin oktyabrında keçiriləcək yerli seçkilərlə bağlı təkliflər də daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...