Fransa Azərbaycanla münasibətləri qaydasına salmağı arzulayır Le Monde

Siyasət 11:21 18.04.2021

Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə bitdikdən sonra Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc edib.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanla Ermənistan arasındakı müharibənin rəsmi Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə çatların yaranması qeyd edilir. Fransa şirkətləri azad edilmiş əraziləri bərpa etməyə icazə verilməyəcəyindən ehtiyat edirlər.

Bildirilir ki, buldozerlər Qarabağın mərkəzindəki Füzuli hava limanında gələcək uçuş zolağının 3 km-i hamarlayıb. Bir vaxtlar nəhəng döyüş meydanı olmuş ərazinin ətrafı minalar və partlamamış hərbi sursatlarla doludur.

"Prezidentimiz İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz ərazilərini qaytardı", - Azərbaycan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev deyib.

Fərhan Quliyevin sözlərinə görə, hava limanının tikintisi avqustun sonuna başa çatacaq. O, Azərbaycanın incisinə - Şuşa şəhərinə xidmət edəcək. "Bu, ölkədə Bakıdakı hava limanından sonra böyüklüyünə görə ikinci aeroport olacaq", - F.Quliyev əlavə edib.

“Le Monde”nin məlumatına görə, türk şirkətləri azad edilmiş bərpasına fəal cəlb edilib.

Qeyd edilir ki, müharibə Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlər praktikasını pozub. Rəsmi Ankara Bakıya qəti hərbi və diplomatik dəstək təklif edib, Paris isə daha çox Yerevana meyl etdi. Bu gün Fransanın iri şirkətləri Qarabağın yenidən qurulması üçün iddialı layihələrdən məhrum olacaqlarından ehtiyatlanırlar.

"Fransız şirkətlərinin təklifləri daha cazibədar olsa da, yeni müqavilələr gözləməyə dəyməz. Bu, yalnız emosional reaksiya deyil, etibar məsələsidir. Siyasi vəziyyət dəyişsə, fransızlar orada qalacaqmı? Bu, kədərlidir, çünki iki ölkə arasında əməkdaşlıq potensialı çox yüksəkdir. İyirmi illik səylərin heç nəyə gətirib çıxarmaması hissi yaranır", - deyə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Teybə Quliyeva şikayətlənib.

"Bizim layihələrimiz bloklanıb və ya çox yavaş-yavaş inkişaf edir", - bunu isə SUEZ Şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Alen Karbonel deyib.

“Le Monde”nin yazdığı kimi, rəsmi Paris Cənubi Qafqazdakı mövqeyini hiss olunmadan dəyişdirməyə çalışır və yanvarın 27-də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanı bölgəyə göndərib.

"Yerevanda dayanacaqla istənilən regional səfər əvvəlcə Bakıdan keçməlidir, əks halda o, inciyə bilər", - diplomatik mənbə qəzetə bildirib.

Qəzet hesab edir ki, Fransa prezidenti Emmanuel Makron 2018-ci ilin oktyabrında Yerevanda Frankofoniya Təşkilatının sammitinə baş çəkməklə səhvə yol verib.

Fransa və Azərbaycan bir neçə siyasi mənbəyinin informasiyasına əsasən, Fransanın xarici işlər naziri Jan-İv Le Drian ən yaxın həftələrdə Azərbaycan paytaxtına səfərə hazırlaşır.

Eyni zamanda xatırladaq ki, fevralın sonunda Fransanın 8 deputatından ibarət nümayəndə heyəti Bakıya gəldi. Onlardan biri - Frederik Düma hesab edir ki, Fransa - Azərbaycanın münasibətlərini bərpa etmək lazımdır. O etiraf edir ki, Fransa Milli Məclisinin bəzi təşəbbüsləri obyektiv səbəblərdən Azərbaycan ictimaiyyəti tərəfindən pis qəbul edilib.

"Bu gün ictimaiyyət Fransa şirkətlərini böyük müqavilələr qazandığını qəbul etmir, çünki Fransa düşmənlərimizi dəstəkləyir", - deyə azərbaycanlı iş adamı “Le Monde“yə bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəzetə açıqlamasında Fransa şirkətlərinin siyasi səbəblərdən əlverişsiz vəziyyətdə olduğunu inkar edir, lakin bəzi, məsələn Türkiyə kimi ölkələrin üstünlüklərinin qəbul olunduğunu etiraf edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı