Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib | Eurasia Diary - ednews.net

14 May, Cümə


Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib

Siyasət A- A A+

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...