Rusiyalı deputatı Ağdam da dəhşətə gətirən erməni vəhşilikləri | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Rusiyalı deputatı Ağdam da dəhşətə gətirən erməni vəhşilikləri

Siyasət A- A A+

“Bütün SSRİ-də yeganə məşhur çörək muzeyi Ağdamda olub, ondan yalnız bu qalıqlar qalıb. Biz dağıdılmış xəstəxana, doğum evi, mədəniyyət evi, teatrı gördük, bu, dəhşətlidir”.

Eurasiya Dairy APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.

O qeyd edib ki, bu, nifrətin izləridir: “Mən bu qədər dəhşətli kadrları görəcəyimi gözləmirdim. Bu, məni dərindən sarsıtdı. İşğalçılar 30 il ərzində bu torpaqların onların əraziləri olduğunu bəyan ediblər. Əgər buranı öz əraziləri sayırdılarsa, nə üçün hər şeyi dağıdıb, faktiki məhv ediblər? Bura baxanda nüvə silahının partlaması təəssüratı yaranır. Dağıdılmış qəbirlər… Burada gördüklərimiz barədə sakit danışmaq ağırdır. Mən əminəm ki, illər keçəcək, burada yeni, müasir şəhər olacaq, işğalçılar bu torpaqları işğal edərkən buranı tərk etmiş sakinlər geri qayıdacaq. Burada uşaqlar dünyaya göz açaraq böyüyəcək, yeni küçələrdə uşaqların gülüşləri eşidiləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...