Mina xəritələrinin təhvil verilməsi prosesində iştirakımız Azərbaycanla tərəfdaşlığımızın nümunəsidir - Aİ səfiri | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Mina xəritələrinin təhvil verilməsi prosesində iştirakımız Azərbaycanla tərəfdaşlığımızın nümunəsidir - Aİ səfiri

Siyasət A- A A+

“Azərbaycan və Ermənistan arasında saxlanılanların və mina xəritələrinin mübadiləsi çox vacib humanitar addımdır. Biz bunu alqışlayırıq”.

Eurasia Diary-nin xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa Film Festivalının açılışı ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu prosesdə Avropa İttifaqı da iştirak edib.

“Ancaq təbii ki, ən önəmli işi Azərbaycan və Ermənistan görüb. Bu prosesdə iştirakımız Azərbaycanla tərəfdaşlığımızın nümunəsidir. Bizim tərəfdaşlığımızın siyasi aspekti regionda sabitlik, sülh və inkişafı əsas götürür. Bu siyasi əməkdaşlıq mədəni, humanitar əməkdaşlıqla bir arada olmalıdır”, - deyə diplomat vurğulayıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...