Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq - Kreml | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq - Kreml

Siyasət A- A A+

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Eurasia Diary-nin xəbərinə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Y. Uşakov qeyd edib ki, V. Putin və C. Bayden Dağlıq Qarabağ, Ukrayna daxilindəki münaqişə və Belarusdakı vəziyyətə xüsusi diqqət ayırmağı planlaşdırırlar.

Qeyd edək ki, Rusiya-ABŞ sammiti sabah Cenevrədə keçiriləcək.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...