Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir - Zaxarova | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir - Zaxarova

Siyasət A- A A+

Rusiya Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir.

Eurasia Diary xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya vəziyyətin de-eskalasiyasına yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirir. Xarici İşlər və Müdafiə nazirlikləri, Sərhəd Xidməti xətti ilə Bakı və İrəvanla sıx koordinasiya qurulub. Ümumilikdə son həftələrdə gərginliyin azalmasına nail olunub. Sərhədyanı mübahisə ilə bağlı müvafiq məsləhətləşmələr davam etdiriləcək. Problemin uzunmüddətli və dayanıqlı həlli kimi tezliklə Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürük”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...