Koçaryan tam məğlub oldu və xalq ondan qorxur - Rusiyalı politoloq | Eurasia Diary - ednews.net

26 İyul, Bazar ertəsi


Koçaryan tam məğlub oldu və xalq ondan qorxur - Rusiyalı politoloq

Siyasət A- A A+

Ermənistan Azərbaycanla Rusiyanın iştirak etdiyi sülhü seçdi.

Eurasia Diary xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov Ermənistanda ötən gün keçirilən parlament seçkilərində Nikol Paşinyanın qələbə qazanmasına münasibət bildirərkən deyib.

“Nikol Paşinyanın məhz bu siyasətini seçicilərin 54%-i dəstəklədi. Müharibə partiyası tam məğlubiyyətə düçar oldu. Koçaryan Bloku 21%, onun müttəfiqi Serj Sarkisyan 5% səs topladı. Erməni cəmiyyəti Paşinyana hətta II Qarabağ savaşındakı ağır məğlubiyyəti belə bağışladı. Ona görə ki, erməni ictimaiyyəti artıq savaşmaq istəmir. O, Koçaryanın müharibə çağırışlarından qorxub. Erməni xalqı sülh proqramının reallaşmasını, kommunikasiyaların açıqlmasını, iqtisadi inkişafı istəyir. Paşinyanın qələbəsi Cənubi Qafqaz üçün yeni üfüqlər açır və Azərbaycanla Ermənistan xalqlarının tarixi barışığı üçün imkanlar yaradır. Erməni ictimaiyyəti faktiki olaraq, Azərbaycanla 10 noyabr razılaşmasına səs verdi. O, Rusiya ilə dostluq şəraitində Azərbaycanla sülhə və müharibəyə qarşı səs verdi”, – deyə o bildirib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...