Seçki İrəvanda keçirildi, Xankəndi qarışdı Nə baş verir?

Siyasət 10:46 23.06.2021

Xankəndidəki ermənilər separatçıların başçısı Araik Arutyunyanın seçkidə Nikol Paşinyanın qərargahında olmasını “bağışlamır” və istefasını tələb edir. Araik də öz tərəfdarları ilə cavab addımına hazırlaşır.

Seçki İrəvanda keçirildi, Xankəndi qarışdı. Nə baş verir?

İrəvanda məğlub olan Koçaryanın (Qarabağ klanı) Paşinyana Xankəndidə cəbhə açdığını deyə bilərik, amma müharibədən sonra sülhməramlıların nəzarətindəki ərazilərdə baş verənlər prosesin arxasında rusların olduğu versiyasını gücləndirir.

2020-ci ilin dekabr ayının əvvəlində Vitali Balasanyan separatçı rejimin “təhlükəsizlik şurasının katibi” postuna gətirildi. Balasanyanın əsas şərti Qarabağda qalan bütün silahlı qruplaşmaların onun nəzarətinə verilməsi idi və buna nail oldu da. Bu, Rusiyanın Xankəndidə alternativ planı idi:

- cari dövrdə Arutyunyan-Paşinyan cəbhəsinin Moskvanın nəzarətindən kənar addımlarına qarşı təsir gücü yaratmaq;

- perspektivdə İrəvanda mümkün hakimiyyət dəyişikliyi zamanı Xankəndidə separatçı rejimi Balasanyana təhvil vermək.

Balasanyanın “vəzifəsinə” başlayan kimi Hadrutu yenidən işğal etmək iddiaları, daha sonra Koçaryanın eyni leksikondan istifadə etməsi Rusiyanın indi yox, gələcəkdə gündəmə gətirməyi planlaşdırdığı “status” məsələsinin tərkib hissəsi idi.

Aprel ayında Moskvanın planına korrektlər etdiyi müşahidə olunurdu. Bu, Bayden Administrasiyasının qondarma “erməni soyqırımı”nı tanımağa hazırlaşdığı, Paşinyan hakimiyyətinə dəstəklə bölgədə yenidən aktivləşmək istiqamətində hərəkətə keçdiyi vaxt idi. Moskva Qarabağdakı separatçı rejimi Paşinyandan uzaqlaşdırmaq xəttini tutdu. Mümkündür ki, Rusiya həmin vaxt geosiyasi konyunkturanın Nikolu devirməyə imkan vermədiyini anlamışdı və baş separatçını İrəvandan uzaqlaşdırmaqla Paşinyan-Arutyunyan cəbhəsinin Xankəndidə təsirlərini öncədən neytrallaşdırmaq gedişi etdi.

Arutyunyan Moskvada Rusiya kəşfiyyat orqanlarının əməkdaşları ilə görüşdən qayıdandan sonra İrəvanla təmasları “zəiflətdi”. Separatçıların özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayanın may ayında (23-28 may) Moskvaya 5 günlük müəmmalı səfəri də təlimatların Rusiyadan gəldiyini təsdiqləyir.

Araik Arutyunyanın Moskva ilə anlaşdığı görünürdü, lakin sual yaranır: baş separatçı təlimatı niyə pozdu və Paşinyanın qərargahında poz verdi?

Qırılma nöqtəsi Koçaryanın Sünikdə (Zəngəzur) seçki kampaniyasına başladığı gün idi. Qafan hava limanına gələn Robertin yanında Vitali Balasanyan da var idi və bu Araik üçün siqnal idi: Koçaryan hakimiyyətə gələrsə, ruslar onun da “başını yeyəcək”.

Araikin İrəvana getməsi və seçki prosesində Paşinyan cəbhəsində yer almasının bu kontekstdə üç səbəbi var:

- Seçkidə onun da taleyi həll olunurdu;

- Ruslara “mərkəzdənqaçma” mesajını verirdi;

- Moskvaya səfərindən sonra uzaqlaşdığı Paşinyana yenidən yaxınlaşırdı.

İrəvanda seçkidən dərhal sonra Xankəndidə Araikə qarşı başlanan etiraz rusların baş separatçını cəzalandırdığını deməyə əsas verir, hərçənd, məsələ təkcə “qulaqburması” demək yox, separatçı rejimi götürməkdir.

Rusiya İrəvanda itirdiyini Xankəndidə qazanmaq niyyətindədir:

1. Arutyunyanın Xankəndidə baş separatçı olması Paşinyana Qarabağ məsələsində Qərb (həm də üçüncü ölkələr) üçün “qapı açmaq” imkanı yaradır;

2. Paşinyan-Arutyunyan cəbhəsinin Qarabağ məsələsində Moskvanın nəzarətindən kənar danışıqlara, anlaşmalara gedə biləcəyi ehtimalı var;

3. Rusiya üçtərəfli razılaşmaların icrasından yanadır, lakin Ermənistanda revanşistlərin yox, Paşinyanın seçilməsi onun Qarabağda gələcək mövcudluğu riskə altına düşdü və separatçı rejimə “Qarabağ klanı”nı gətirməklə Bakıya qarşı revanşizm kartını Xankəndidə aktual olaraq saxlayır;

4. Qarabağ klanının Ermənistan parlamentində ikinci əsas güc olmasından sonra Xankəndidəki separatçı rejimi götürməsi ilə Paşinyan hakimiyyətinə qarşı davamlı təzyiq rıçağını gücləndirir.

Proseslərin inkişafı və hədəflər Xankəndidə qarşıdurmanın daha da güclənə biləcəyi fikrini önə çıxarır. Əsas diqqətçəkən məqamlardan biri də ruslar Araiki uzaqlaşdıra bilsələr, yerinə kimi gətirəcəkləridir?

Bu, Vitali Balasanyan ola bilər, lakin indiki dövrdə ruslara qazanc yerlərindən məhrum olmuş, yardımlarla yaşayan Qarabağdakı ermənilərə pul xərcləyəcək birinin olması daha sərfəlidir. Bu şəxs sülhməramlıların komandanı Rüstəm Muradovun aprelin 12-də - Bakıdan İrəvana əliboş qayıtdıqdan və Paşinyan hakimiyyəti ilə “söz atışması”ndan bir gün sonra Xankəndidə “nahar etdiyi” qondarma “artsaxbank”ın sahibi Artak Balayan və Robert Koçaryana yaxınlığı ilə tanınan milyonçu Armen Balayan (ikisindən biri) ola bilər.

Asif Nərimanlı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı