Aİ üzvü olan bir qrup ölkənin XİN başçılarının Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət 14:53 23.06.2021

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mandatı əsasında Cənubi Qafqaz regionuna səfər edəcək Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin səfər proqramı açıqlanıb.

Eurasia Diary-nin Aİ-nin Xarici Fəaliyyət Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 25-26-da Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcəklər.

Bildirilib ki, Aİ-nin Ali Nümayəndəsinin adından edilən bu səfər təşkilatın region ölkələri ilə ikitərəfli münasibətlərinə, Cənubi Qafqaz regionuna və Aİ-nin “Şərq Tərəfdaşlığı” çərçivəsinə verdiyi əhəmiyyətini göstərir: “Səfər Aİ-nin həm Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı şəkildə, həm də “Şərq Tərəfdaşlığı” çərçivəsində mövcud imkanları vasitəsilə daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğunu göstərir. Bu yaxınlarda Xarici İşlər Şurasının qeyri-rəsmi görüşündə XİN başçıları Şərq qonşuluğundakı münaqişələrə dair müzakirələr apardı. Bu səfər Aİ-nin münaqişələrin davamlı və hərtərəfli həllinə öz səylərini təşviq etmək və fəal şəkildə dəstəkləmək əzmini vurğulayır”.

Nazirlər Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, İrəvanda Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, Tbilisidə isə Baş nazir İrakli Qaribaşvili ilə görüşəcəklər.

“Bu səfər həm də 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq çərçivəsində Aİ-nin bu üç ölkəyə dəstəyini ifadə edir”, - deyə qeyd olunub.

Regiona səfər zamanı nazirləri Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar da müşayiət edəcək.

Nazirlər səfərin sonunda, iyunun 26-da Tbilisidə mətbuat konfransı keçirəcəklər.

Səfərin yekunları ilə bağlı hesabat iyul ayında keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında təqdim ediləcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı