Bu ana məlum olan tək odur ki, Qarabağ klanının hakimiyyətə qayıdışını həyata keçirə bilməyənlər seçkilərdəki məğlubiyyətlə barışmayacaqlar.
Eurasia Diary xəbər verir ki, bu barədə açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
Onun sözlərinə görə, indi Robert Köçəryanın tərəfdarları Ermənistanın müxtəlif bölgələrində kütləvi etiraz aksiyaları keçirə və hətta radikal “robertlilər” dövlət qurumlarının inzibati binalarına hücumlar da təşkil edə bilərlər:
“Hətta bu istiqamətdə bəzi hərəkətləri artıq müşahidə edə bilərik. Amma obyektiv gerçəklik belədir ki, indi Kreml üçün Ermənistan hakimiyyətinin başında kimin olduğu o qədər də fərq etmir. İstər bu Kremlin köhnə dostu Köçəryan olsun, istərsə də Moskva ilə dost olmağa can atan Paşinyan. Burada əsas faktor ondan ibarətdir ki, hakimiyyətdə kim olursa olsun, Ermənistanın bütün əsas və gizli açarları Rusiyanın əlindədir”, - deyə həmsöhbətimiz qeyd edib.