Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam Prezident İlham Əliyev

Siyasət 16:32 25.06.2021

“Müharibədən əvvəlki vəziyyətə gəlincə, mən sadəcə olaraq bir daha öz mövqeyimizi ifadə etmək istəyirəm. Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub və bizim 28 il ərzində Minsk qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi”.

Eurasia Diary xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı 2003-cü ildən danışıqlar prosesində iştirak etdiyini diqqətə çatdırıb: “Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi. Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil. Son vaxtlar baş verənlər isə çox sayda təxribatçı addımlar atmış, əməllər törətmiş və müharibəyə təhrik etmiş Ermənistan hökumətinin məsuliyyətidir. Mənim mövqeyimi sübut edə bilən çox sayda dəlil var. Mən sizə cəmi bir neçə nümunə göstərəcəyəm. Ermənistanın müdafiə naziri ictimai şəkildə bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Bu, Azərbaycana qarşı açıq təhdid idi. Ermənistanın baş naziri bildirdi ki, Dağlıq Qarabağın qondarma rəhbərliyi danışıqlarda iştirak etməlidir. Bu, əslində, təkcə bizim maraqlarımıza qarşı deyildi, həm də ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin işləyib hazırladığı formata qarşı idi. Bu səbəbdən də bu mövqe ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini də, yumşaq desək, bir qədər təəccübləndirmişdi. Onlar obyektiv olaraq bunu danışıqlar prosesindən çıxmaq cəhdi hesab etmişdilər. Çünki danışıqların formatı iki ölkə və ATƏT tərəfindən yaradılmışdı: Ermənistanla Azərbaycan arasında olan münaqişə.

Ermənistan rəhbərliyinin daha bir təxribatçı bəyanatı o idi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da faktiki olaraq istənilən danışıqlara son qoydu. Birincisi, bu, çox ziddiyyətli bəyanat idi, çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir və Azərbaycan onunla danışıqlar aparmalıdır. Sonra da deyirdilər ki, Qarabağ Ermənistandır. Biz onlardan bunlardan hansının həqiqət olduğunu soruşduq. Əslində, onlar hər iki halda yalan danışırdılar. Lakin bu, istənilən danışıqları lazımsız və mənasız edən çox təxribatçı bəyanat idi. Minsk qrupu ölkələrinin səfirləri ilə görüşlərimdə mən görürdüm ki, bu mövqe onları da bir qədər çaşdırır və təəccübləndirir və əslində, onlar nə edəcəklərini bilmirlər. Əgər Qarabağ Ermənistandırsa, onda bu barədə nə danışmaq olar? Bu, danışıqlar prosesini tamamilə məhv etmək və torpaqları əbədi işğal altında saxlamaq üçün Ermənistan rəhbərliyinin məqsədli cəhdi idi.

Lakin bu, hələ hamısı deyil. Ötən il onlar təmas xəttində və bizim dövlət sərhədində üç təxribatçı hərbi əməl törədərək mülki şəxsləri qətlə yetirdilər, kəndlərimizi bombaladılar və bizi təhrik etdilər. Beləliklə, İkinci Qarabağ müharibəsi qaçılmaz idi və bu, hər kəs üçün aydın idi”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı