Kreml Kəlbəcərdəki gərginliyə görə Ermənistanı təqsirli bilir | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


Kreml Kəlbəcərdəki gərginliyə görə Ermənistanı təqsirli bilir

Siyasət A- A A+

Son günlər Rusiya tərəfinin Ermənistandan narazılığı artıb.

Eurasia Diary Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, Moskvaya xüsusi simpatiyası ilə tanınan müdafiı naziri Vaqarşak Arutunyanın postundan azad olunması bu narazılığı daha da gücləndirib.

“Qraparak” qəzeti Zəngəzurda yerləşən rusiyalı sülhməramlılarının yerli sakinlərlə ünsiyyətdə Rusiyadan narazılıqlarını dilə gətirdiklərini yazır.

“Hərbçilər Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə görə, erməni hakimiyyətini təqsirli bilir. Onlar Rusiyanın öz müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməməsi barədə təəssürat yaradıldığını və bunun Ermənistana Qərb ölkələrinin ordularının yerləşdirilməsi məqsədilə atıldığını söyləyiblər”.

Kreml Nikol Paşinyan hakimiyyətinin kadr islahatları çərçivəsində hökumət və ordudakı Rusiya yönümlü şəxsləri Qərblə inteqrasiya tərəfdarları ilə əvəzlədiyini və cəbhə xəttində yaradılna gərginliyin bu məqsədə xidmət etdiyini düşünür.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...