Azərbaycan hərbçiləri Gürcüstanda hərbi təlimlərdə itirak edir | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Azərbaycan hərbçiləri Gürcüstanda hərbi təlimlərdə itirak edir

Siyasət A- A A+

Gürcüstanda Azərbaycan hərbçilərinin da iştirak etdiyi “Agile Spirit – 2021” hərbi təlimlərinin rəsmi açılış mərasimi keçirilib.

Eurasia Diary xəbər verir ki, mərasim Senaki 2-ci Piyada Briqadasının bazasında baş tutub. Açılış mərasimində çıxış edən Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib ki, hərbi təlimlər iştirakçı ölkələrin hərbi birləşmələri arasında qarşılıqlı əməliyyat və döyüş qabiliyyətini daha da dərinləşdirəcək.

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...