Diaspor nümayəndələri Şuşaya yola düşdü | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Diaspor nümayəndələri Şuşaya yola düşdü

Siyasət A- A A+

Sərhədlərin açılması xaricdə yaşayan onlarla soydaşlarımızın yay tətilini Azərbaycanda keçirməsinə şərait yaradıb. Diaspor nümayəndələrinin eyni vaxtda vətəndə olmalarını nəzərə alaraq,  Diasporla İş üzrə Dövlət Komitəsi onların Şuşaya səfərlərini təşkil edib. 

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.

Eurasia Diary xəbər verir ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı,  Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər. 

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək. 

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...