Bakı NATO təliminə qoşuldu - Kremldən reaksiya | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Bakı NATO təliminə qoşuldu - Kremldən reaksiya

Siyasət A- A A+

Kreml hesab edir ki, NATO-nun Gürcüstandakı təlimləri diqqətli izləmək üçün predmetdir.

EDNews.net xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının Moskvanı təhlükəsizliyin təmini üçün tədbirlər görməyə məcbur etdiyini bildirib.

Azərbaycanın NATO təlimində iştirakına münasibət bildirən Peskov Bakının suveren dövlət olduğunu söyləyib:

“Azərbaycan suveren dövlətdir, biz Azərbaycanla ikitərəfli münasibətlərimizə qiymət veririk. Bu, tərəfdaşlıq münasibətləridir və bu münasibətlərin gələcək inkişafı üçün ümumi siyasi iradə də var. Əlbəttə, bizim üçün vacib odur ki, bu cür təlimlərin ssenariləri bizim ölkəyə qarşı hansısa fəaliyyət nəzərdə tutmasın”.

Qeyd edək ki, Gürcüstanda NATO-nun “Agile Spirit” təliminə start verilib. Təlimdə Azərbaycan da daxil olmaqla, 15 ölkə iştirak edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...