“Ermənistan hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin hansı sülh müqaviləsindən danışdığını bilmir”.
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, belə bir cavab qəsbkar ölkənin Hetq.am nəşrinin baş nazir Nikol Paşinyana ünvanladığı sorğuya cavab olaraq Ermənistan hökumətinin mətbuat xidmətindən səsləndirilib.
“Xatırladaq ki, bu il 22 iyulunda İlham Əliyev Azərbaycan mediasına müsahibəsində Azərbaycan tərəfinin Ermənistana sərhədlərin demarkasiyası ilə bağlı danışıqlara başlamağı və sülh müqaviləsi bağlamağı təklif etdiyini bildirmişdi.
Əliyevin bəyanatından belə görünür ki, Azərbaycanın, ehtimal ki, Rusiya və Türkiyə tərəflərinin iştirakı ilə hazırladığı sülh sənədinin Ermənistan tərəfinə müzakirə üçün göndərilmiş ilkin variantı artıq mövcuddur. Ermənistan hökuməti faktiki olaraq belə bir sənədin varlığını inkar edir”- erməni nəşrinin yaydığı xəbərdə deyilir.