Azərbaycan və Türkiyə hərbi təlimləri ilə bağlı qərar gəldi - Milli Məclis fəaliyyətə başladı - ednews.net

29 Noyabr, Bazar ertəsi

Azərbaycan və Türkiyə hərbi təlimləri ilə bağlı qərar gəldi - Milli Məclis fəaliyyətə başladı

Siyasət A- A A+

Milli Məclis Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair anlaşma memorandumunu təsdiq edəcək.

EDNews.net-in məlumatına görə, bu, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin 16 sentyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı.

2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı.

3. “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...