Gorus-Qafan yolunda, Eyvazlı postunda saxlanılan iranlı sürücülər azərbaycanca danışır - VİDEO | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Gorus-Qafan yolunda, Eyvazlı postunda saxlanılan iranlı sürücülər azərbaycanca danışır - VİDEO

Siyasət A- A A+

Gorus-Qafan yolundan keçməklə İrandan Ermənistan (oradan isə Qarabağa) yüklər daşıyan sürücülərin bir çoxu azərbaycanlıdır, güney Azərbaycan sakinləridir.

EDNews.net xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni xidmətinin reportajından məlum olur.

Xatırladaq ki, Azərbaycan Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi ərazisindən keçən hissəsində hərəkəti əvvəlcə sərhəd postlarında beton bloklarla məhdudlaşdırıb, daha sonra yolda polis postu qoyulub. Bir neçə gündür ki, həmin yoldan keçən İran TIR-ları və tankerləri saxlanılaraq yoxlanılır. Azərbaycan gömrükçülərinin iranlı sürücülərdən yol vergisi tutduqları da bildirilir.

Jurnalist həmin postda saxlanılan iranlı sürücülərdən bəziləri ilə söhbətləşib. Məlum olub ki, onlardan bir çoxu milliyətcə azərbaycanlıdır. Sürücülərdən biri deyir ki, azərbaycanlılar onlardan pul (yol vergisi,-red.) almayıblar: “Pul almadılar, dedilər bu dəfə hörmət eliyirıx, gedin, amma gələn dəfə alacağıq...”

Reportaja əsasən sürücülərin azərbaycanca danışdıqlarını radionun müxbirinə Zəngəzur sakini olan yaşlı erməni qadın tərcümə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...