ABŞ-dan Gorus-Qafan yolunda baş verənlərə REAKSİYA | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

ABŞ-dan Gorus-Qafan yolunda baş verənlərə REAKSİYA

Siyasət A- A A+

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Gorus-Qafan yolunda baş verən hadisələrə reaksiya verib.

EDNews.net Modern.az-a istinadən xəbər verir ki, amerikalı diplomat jurnalistlərə açıqlamasında hadisələri “fövqəladə vacib” adlandırıb.

“Gorus-Qafan yolunda gördüklərimiz çox önəmlidir. Hələ noyabrda atəşin dayandırılması barədə razılaşma əldə olunan vaxtdan bu barədə dəfələrlə xatırlatma edirdik”, - deyə səfir söyləyib.

Səfir Qarabağ məsələsinin yekun həll olunmadığını söyləyərək məsələnin nizamlanması üçün sülh müqaviləsinə ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, sentybarın 12-də Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postunun qurulması Ermənistan və İranda isterika yaratmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...