Azərbaycan və Türkiyə arasında hərbi təlimlər davam edəcək - Zakir Həsənov | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Azərbaycan və Türkiyə arasında hərbi təlimlər davam edəcək - Zakir Həsənov

Siyasət A- A A+

“Son dövrlər keçirilən təlimlər nəticəsində Azərbaycan Ordusu böyük təcrübə qazanıb. İki ölkə arasında keçirilən təlimlər bundan sonra da davam edəcək”.

EDNews.net-in məlumatına görə, bunu Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərini izlədikdən sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

Nazir bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatlar zamanı daim Türkiyənin dəstəyini görüb: “Müharibə vaxtı Türkiyə Prezidenti, Türkiyə milli müdafiə naziri və digər yüksək vəzifəli şəxslər Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək verib. Onların bəyanatları Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığın bütün dünyaya göstərib. Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Türkiyə tərəfindən göstərilən dəstəyə dərin təşəkkürümü bildirirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...