Rusiya MN-in növbəti təxribatı - Qarabağdakı ərazi “genişləndi” | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Rusiya MN-in növbəti təxribatı - Qarabağdakı ərazi “genişləndi”

Siyasət A- A A+

Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların nəzarətindəki ərazilərin genişləndiyini əks etdirən xəritə paylaşıb: xəritədə görünür ki, bir neçə istiqamətində “irəliləmələr” var.

EDNews.net Axar.az-a istinadən xəbər verir ki, Rusiyanın xəritə təxribatları əvvəl də olub və bunun da növbəti olduğu istisna deyil. Müharibədən sonra peyda olan və bir neçə dəfə Bakının tələbi ilə düzəldilən belə xəritələrin hədəfi Azərbaycan cəmiyyətində ictimai rəyin yönləndirilməsidir. Bakı və Ankaranın son addımları fonunda indi də təsadüfi deyil.

Amma və lakin Azərbaycan əsgərinin işğaldan azad etdiyi ərazilərdə dayandığı hansısa mövqedən geri çəkildiyi, yaxud çəkiləcəyi inandırıcı deyil.

Xəritənin dəyişməsi heç də bölgədəki mövqelərin dəyişməsi demək deyil.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...