Paşinyanın dron şousuna etiraz - “Biz “dron” səsini eşidəndə...” - ednews.net

27 Oktyabr, Çərşənbə

Paşinyanın dron şousuna etiraz - “Biz “dron” səsini eşidəndə...”

Siyasət A- A A+

Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətiylə keçirilən tədbirlərin sonunda səmada şou göstərən PUA-lar, konsertə toplaşan insanların bəziləri tərəfindən birmənalı qarşılanmayıb.

“Xoşbəxt olunası bir şey yox idi, hətta Nikolun həyat yoldaşı Anna Akopyan da ağlayırdı. Nəyi yaxşı idi? İnsanların həyatını xilas etmək üçün döyüş meydanında olmalı olan dronlar, dünən şouya görə göylərdə uçdu. O dronlara baxan adamın, bir az düşüncəsi olsaydı, bunun bizə qarşı təhqir olduğunu anlayardı”.

“Yeni Sabah” erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri oğlu Qarabağda gedən döyüşlər zamanı həlak olan İrəvan sakini Menua Hovhannisyanın anası Karina Tonoyan bildirib:

“Axı niyə övladlarımızın müharibədə həyatını itirməsinə səbəb olan PUA-ları onlar Müstəqillik Günümüzün qəhrəmanları olaraq göstərdilər? Əgər fərqindəsinizsə, həmin dronlar mərkəzdə uçurdu və onların rəngarəng şousuna çox adam baxırdı. İnsanlar bunun müharibə istehzası olduğunu belə anlamadılar, çünki “dron” sözünü eşidəndə xalq olaraq sadəcə fiziki ağrı hiss edirik. Bütün bir millət savaş boyu PUA-ların qurbanı olub, amma dövlət rəsmiləri göydə pilotsuz təyyarələrlə rəngli şoular göstərir.

Nikol istədiyi qədər mərhəmət, sülh dilənə bilər, amma region qaynar vulkan kimidir indi. Əgər müharibə olsa, dünən konsertdə dron şousuna görə hay-həşir salan insanlar, uşaqlarını xilas etmək üçün həmin PUA-lara ehtiyac duyacaq. İnsanın bir az beyni olmalıdır zənnimcə. Sadəcə təəccüblənirəm, bu insanların beyinləri ümumiyyətlə söndürülüb yoxsa yoxdur?”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...