BMT-nin Baş katibi Ceyhun Bayramovla görüşündə Azərbaycana təşəkkür edib | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

BMT-nin Baş katibi Ceyhun Bayramovla görüşündə Azərbaycana təşəkkür edib

Siyasət A- A A+

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

EDNews.net xəbər verir ki, bu barədə Baş katibin ofisi məlumat yayıb.

Görüşdə Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb. O, həmçinin, bildirib ki, BMT münaqişədən zərər çəkmiş insanlar da daxil olmaqla, əlavə yardım göstərməyə hazırdır.

A.Quterreş Qoşulmama Hərəkatının sədri kimi diplomatik fəaliyyətinə görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl BMT Baş katibi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Bir gün əvvəl isə hər iki ölkənin XİN başçıları 2020-ci ilin noyabrından bəri ilk dəfə olaraq Nyu -Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...