Əliyevdən dünyaya 5 sərt mesaj Prezident gələcəklə bağlı xəbərdarlıq etdi

Siyasət 13:52 27.09.2021

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib və müraciətində bir neçə əhəmiyyətli məsələlərə toxunub.

Prezident İlham Əliyevin çıxışından əvvəl baş verən hadisələr isə onun bugünkü müraciətinə xüsusi diqqətin yaranmasına səbəb olub.

Belə ki, hərbi jurnalistlərin verdiyi məlumata görə, ötən gün qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib. Proses Ağdərə istiqamətində başlayıb. Boşaldılan erməni mövqeləri Rusiya sülhməramlıları tərəfindən partladılıb, Azərbaycan tərəfi isə partladılmış mövqeləri buldozerlər vasitəsilə torpaqla doldurub. Ermənilərin çıxdığı mövqelərdən, xüsusilə mübahisəli məntəqələrdə Rusiya sülhməramlıları yerləşib.

Maraqlıdır ki, azərbaycanlı hərbi jurnalistlərin verdiyi bu xəbər dolayısıyla Ermənistan və Rusiya mənbələri tərəfindən də təsdiqlənir. Erməni tərəfi boşaldılmış mövqenin partladılması məqamını əks etdirən video yayıb. Rusiyanın RBK agentliyinin adından yayılan xəritədə isə tezliklə Azərbaycanın nəzarətinə keçəcək ərazilər açıqlanıb.

Və bu gəlişmələrdən sonra Anım Günündə İlham Əliyev xalqa müraciət etdi. Prezidentin bugünkü müraciətində bir neçə vacib mesajlar verildi:

1. Azərbaycan prezidenti kövrək və qürurlu bir şəkildə 44 günlük müharibədə həyatlarını itirən şəhidlərimizi andı və onların sayəsində bu gün Qarabağın işğaldan azad edildiyini xalqın diqqətinə çatdırdı. I və II Qarabağ müharibəsində şəhid olanların ailələrinə isə Əliyev “mən demişdim ki, onların qanı yerdə qalmayacaq” deyərək bir növ şəhid analarının könlünü aldı. Şəhidləri anan Əliyev, eyni zamanda orduya, Azərbaycan Silahlı Qüvvələrinə vacib bir mesaj çatdırdı: “Azərbaycan əsgəri qürur mənbəyimizdir!” Bu, orduya inamın, orduya əminliyin göstəricisi idi.

2.Prezident gözlənildiyi kimi müharibə və müharibədən sonra Azərbaycana ən çox dəstək verən ölkə olan qardaş Türkiyə hökuməti və xalqına öz minnətdarlığını çatdırdı. Bu, minnətdarlıqla bərabər, dünyaya Azərbaycanın kiminlə yanaşı addımladığı ilə bağlı mesajı idi.

3. Prezidentin daha bir mesajı Qərbə, daha doğrusu, ABŞ-a yönəltdi. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin tez-tez “Dağlıq Qarabağın statusu” məsələsini qaldırması və bu barədə Azərbaycan əleyhinə bəyanatlar verməsinə Əliyev belə reaksiya verdi: “Kimsə Dağlıq Qarabağ adlı ölünü dirilmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində Dağlıq Qarabağ adlı qurum yaratsın, biz onu tanıyarıq. Ancaq Azərbaycanda buna imkan vermədik, verməyəcəyik”.

Əliyevin bu bəyanatı ABŞ-la birlikdə Fransaya da ünvanlanıb. Həm Vaşinqton, həm də Paris ölkədə ermənilərin kompakt yaşaması və güclü lobbi qurması səbəbindən Qarabağ məsələsinə “həssas” davranış nümayiş etdirirlər. Əliyev də bu “həssalığı” nəzərə alaraq, Marsel, ya da Kaliforniyada ermənilər üçün bir “Qarabağ Respublikası” yaratmağı tövsiyə edib.

4.Prezident öz müraciətində İranı da yaddan çıxarmadı. Əliyev rəsmi Tehranın konkret adını çəkməsə də İran prezidenti İbrahim Rəyisinin “Ermənistanın yanında olmalı və onu gücləndirməliyik” bəyanatına cavab kimi bunları dedi: “Qarabağda 67 məsciddən 65-i tamamilə dağıdılıb, təhqir edilib, düşmən yarı dağılmış məscidlərdə isə donuz saxlamaqla azərbaycanlıları, dünya müsəlmanlarını təhqir edib. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcək”. Azərbaycan prezidenti bu mesajla özünü İslam respublikası elan edən və “islamçı”lar tərəfindən idarə olunan İranın məsciddə donuz saxlayan bir dövləti nə üçün gücləndirmək istədiyini sorğulayıb. “Adekvat reaksiyalar gözləyirəm” deyən Əliyev həm də bir daha İran başda olmaqla bütün müsəlman ölkələrini Ermənistana qarşı sanksiya və embarqolara dəvət edib.

5.Prezidentin sonuncu mesajı isə Ermənistana yönəlib. Nikol Paşinyanın təxminən bir həftə əvvəl səsləndirdiyi “Artsax” yaşadıqca qəhrəmanlarımız sağdır” bəyanatına Əliyev çox sərt reaksiya verib və “dəmir yumruğu” xatırladıb.

“Erməni faşizmi məhv edilib, lakin onun təzahürləri görülməktədir. Bu ilk növbədə Ermənistanın özü üçün çox təhlükəli tendensiyadır. Şəhidlərimizin xatirəsini andığımız bir gündə deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, xalqımıza, dövlətimizə qarşı yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Dəmir yumruq yerindədir bunu heç kim unutmasın!”

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı