“Həmin gün Türkiyə Prezidenti “Twitter”də bir not yazaraq erməni xalqını hakimiyyətə qarşı çıxmağa və gələcəyi üçün mübarizə aparmağa çağırdı...”
“Müharibənin ilk günündəcə Ərdoğan əl-qolumuzu bağladı, Nikol isə dilimizi...”
EDNews.net xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bunu Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın lideri olduğu müxalif "Hayastan" blokunun parlamentdəki fraksiyasının deputatı Artur Kazinyan öz “Facebook” səhifəsində yazıb.
“Ötən il bu gün - Qarabağda 44 günlük müharibənin başladığı bir məqamda Türkiyə Prezidenti Ərdoğan “Twitter”də bir not yazaraq erməni xalqını hökumətə qarşı çıxmağa və gələcəyi üçün mübarizə aparmağa çağırdı. Çox az adam başa düşdü ki, bu, Nikol Paşinyana açıq dəstək və müxalifət üçün bir tələ idi. Çünki əgər müharibə zamanı erməni müxalifəti hakimiyyəti dəyişməyə və qaçılmaz bir fəlakətin qarşısını almağa çalışsaydı, o zaman bizlər Ərdoğanı dinləməkdə və Türkiyənin maraqlarına xidmət etməkdə günahlandırılardıq.
Elə həmin gün səhər saatlarında, Ermənistan hökumətinin fövqəladə iclasında Nikol Paşinyan hərbi vəziyyət elan edərək ciddi senzura tətbiq etmək, müxalifətin siyasi mübarizəsini qadağan etmək qərarına gəldi. Bu vəziyyət son dərəcə təəccüblü idi. Çünki o vaxt Nikolun bu savaşın məqsədini, əhatəsini, müddətini və miqyasını bilməsi mümkün deyildi”- deyə erməni deputat bildirib.