Zəfərimizi həzm edə bilməyən İran Xameneyinin açıqlaması “bulanıq suda balıq tutmaq” sevdasıdır

Siyasət 15:53 05.10.2021

İranın ali lideri Ayətulluh Əli Xameneyi "Twitter" hesabında Azərbaycana təhdid dolu bir neçə açıqlama yayıb.

“Bir ölkənin təhlükəsizliyi tərəqqinin bütün fəaliyyətlər üçün əsas infrastrukturdur. Başqalarına güvənərək təhlükəsizliyini təmin edə biləcəyini düşünənlər bilməlidirlər ki, təhlükəsizliyini xaricilərə əmanət etdikləri üçün tezliklə bir zərbə alacaqlar”.

İran rəhbəri əvvəlcə ingiliscə, ölkənin adını birbaşa çəkmədən belə qeyd edib. Daha sonra İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən Xameneyi bildirib ki, İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yollu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır.

Bu açıqlamalarda Azərbaycanın adı çəkilməsə də, daha sonra Xameneyi “Twitter”də Azərbaycanca iki açıqlama yayıb:

“İranın şimal-qərb qonşularının problemləri qonşu xalqlara güvənc və onların ordularının həmkarlığı ilə, biganə orduların hərbi huzuru olmadan həll edilməlidir”.

Ayətullah Seyid Əli Xameneyinin açıqlaması İranın qarşı Azərbaycana düşmən münasibətdə olduğunu göstərir. Əslində, İran rejimi Azərbaycana qarşı heç vaxt dost münasibət göstərməyib. 30 il öncə SSRİ-nin dağılması zamanı Azərbaycanın dövlət müstəqilliyini qazanmasını İran özü üçün təhlükə hesab edirdi. Çünki rəsmi Tehran bu prosesin öz ərazisinə keçəcəyindən və Güney Azərbaycan türklərinin ayrılaraq müstəqil olmaq qura biləcəyindən narahat idi. Bu qorxu hissi hazırda da davam edir.

Ona görə də İran rəsmiləri mütəmadi olaraq Azərbaycan ünvanına hədələyici ifadələr işlədir, ərazi iddiaları irəli sürür. İranın Azərbaycana qarşı düşmənçiliyinin ən böyük nümunəsi isə Ermənistanın işğalçılıq siyasətinə dəstək verməsi oldu. Ermənistanla strateji tərəfdaşlıq əlaqələri quran İran hakimiyyəti hətta Qarabağdakı separatçı rejimə də hərbi və iqtisadi yardım göstərirdi. Məqsəd İranın şimalında müstəqil Azərbaycan dövlətinin ərazi bütöblüyünə və suverenliyinə son qoymaqdan ibarət olub.

İran yük maşınlarının Gorus-Qafan yolu ilə Xankəndinə qanunsuz olaraq yüklər daşıması həmin “sobataj” siyasətinin davam etdiyini göstərir. İkinci Qarabağ müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək sərhədlərini bərpa etməsi İranı əməlli-başlı qıcıqlandıran növbəti amilə çevrilib. Yalnız Ermənistanın məğlubiyyəti deyil, həm də Azərbaycanın güclənməsi İranı məyus edib.

Bu səbəbdən də, 2020-ci ildə Bakıda Zəfər Gününün qeyd edilməsindən dərhal sonra molla rejiminin nümayəndələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Arazı ayırdılar” şerini söyləməsini bəhanə edərək Azərbaycana qarşı təhqiramiz bəyanatlarla hücuma keçdilər. Əslində, İranın bu mövqeyi Azərbaycanın qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsindən irəli gəlirdi. Son günlər İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçməsi və ali lider Xameneyinin açıqlamaları həmin siyasətin davam etdiyini təsdiq edir.

Orta Doğu Araşdırmalar Məkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, İran bölgədə Azərbaycanın üstün mövqe qazandığı yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Ayətullah Seyid Əli Xameneyinin mesajları isə İran rəsmilərinin Azərbaycana qarşı söylədiyi hədyanların cəmidir:

“İstər 44 günlük müharibə dövründə, istərsə də ondan sonra Xameneyinin Azərbaycanın haqq işini müdafiə edən, yaxud qələbə münasibətilə təbrik edən bəyanatı olmayıb. Allahşükür Paşazadənin fətva verməsi barədə deyilənlər də yalan idi. Fətva verən bir dövlətin rəhbəri qonşu ölkəni hədələyən və ittiham edən saxta bəyanatla çıxış etməz. Xameneyi İranın şimal qərbi deyəndə Azərbaycanı nəzərdə tutur. Çünki Azərbycan öz ərazisində Türkiyə və Pakistanla birlikdə hərbi təlimlər keçirib. Azərbaycanın həm Türkiyə, həm də Pakistanla hərbi əməkdaşlığa dair anlaşma var.

Bu razılaşmaya uyğun olaraq Azərbaycan bu təlimləri keçirir. Yalnız istisna olaraq, Rusiya sülhməramlıları beş il müddətinə Qarabağa yerləşdirilib ki, o da müvəqqəti xarakter daşıyır. Amma İranın davamlı surətdə müdafiə etdiyi Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur. ABŞ-ın Cənubi Qafqazda ən böyük səfirliyi də məhz Ermənistandadır. Səfirlik əməkdaşlarının sayı da bu regionda ən çox Ermənistandadır. Amma İran Ermənistanla tərəfdaşlıq edir. İran müharibədə Ermənistanı dəstəklədi. İran Azərbaycanın ərazi bütövlüyünü məhz Ermənistanın vasitəsilə pozdu.

Deməli, Ayətullah Seyid Əli Xameneyi bu bəyanatı ilə Ermənistana etdiyi yardımları ört-basdır etmək istəyir. Azərbaycan birmənalı olaraq, davamlı surətdə bölgə dövlətləri ilə əməkdaşlığın tərəfdarı olduğunu bəyan edir. İrandan fərqli olaraq, Azərbaycan qapalı dövlət deyil. İran qapalı ölkədir və bu dövləti guya şiəlik ideologiyası ilə idarə edir. Tehran hakimiyyəti dünyada İsraili və ABŞ-ı özünə düşmən elan edib. Azərbaycan isə dünyəvi dövlətdir, demokratik inkişaf yolu tutub və bütün dünya ölkələri ilə əməkdaşlığa açıqdır.

Hətta Azərbaycan müharibə vaxtı belə “Ermənistana ölüm!” şüarı ilə çıxış etmədi. Azərbaycan İrandan fərqli olaraq, dünya dövlətlərinə xoşməramlı münasibət göstərir. İranın isə qonşu dövlətlərin hamısı ilə problemi var. Səddam Hüseynin hakimiyyəti dövründə İranın İraqla münasibətləri müharibə həddinə çatdı. İranın Əfqanıstanla, Pakistanla, Bəhreynlə, ərəb ölkələri ilə, Türkiyə ilə münasibətlərində problemlər mövcuddur. Perspektivdə İranın Ermənistanla da münasaibətlərində problemləri yaranacaq. Çünki Ermənistanın İsraillə diplomatik əlaqələri var. Ermənistan ərazisində başqa ölkənin hərbi bazası yerləşir. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi İrəvandadır. Ermənistan hakimiyyəti Avropaya və NATO-ya inteqrasiya xətti yürüdür. İran və Seyid Əli Xameneyi də Cənubi Qafqazda yaranmış yeni geosiyasi şəraitə hazır deyil. İran dövləti və onun rəhbərliyi Cənubi Qafqazda yeni şəraitdən doğan şərtlərə uyğunlaşa bilmir. Yəni onlar xarici siyasi kurslarında dəyişiklik etməyə hələ çatmayıblar”.

Ekspert bildirib ki, İran bu gün Zəngəzur dəhlizinin açılmasından ehtiyatlanır:

“Çünki Zəngəzur dəhlizinin açılacağı təqdirdə, İran Türkiyə-Azərbaycan-Mərkəzi Asiya marşrutu üzrə, yəni Çinlə Avropa arasında ikinci dərəcəli dövlətə çevriləcəyindən ehtiyatlanır. Bu yol həm də perspektivdə enerji nəqli üçün istifadə oluna bilər. Belə olan halda da İran ikinci plana keçə bilər. Yəni perspektivdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, əməkdaşlıq qurması, münaqişənin həlli İran hakimiyyətinə sərf etmir. Çünki onlar həmişə “bulanıq suda balıq tuturlar”. Xameneyinin açıqlamları da onun “bulanıq suda balıq tutmaq” sevdasından irəli gəlir. 30 ildir İran Azərbaycanda sionistlərin, Amerikanın olduğunu iddia edir. İranın İsrailə qarşı mübarizə aparmağa cürəti çatmır, amma Azərbaycanı özünün qavğasına çatmaq istəyir. Əgər İran səmimi deyilsə, Azərbaycan nəyə görə onun yanında yer almalıdır?”

Sədrəddin Soltan bildirdi ki, Tehran hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, demokratik inkişafından və gələcəkdə bu prosesin İrana transfer etməsindən qorxur:

“Yəni İrandakı qeyri-farslar Azərbaycanı özünə nümunə götürərək azadlıq hərəkatına qalxa bilər. Bu isə İranın pis niyyətli qonşu olduğunu nümayiş etdirir”.

Ekspert onu da vurğuladı ki, Azərbaycanın Türkiyə və Pakistanla hərbi əməkdaşlığının dərinləşməsi və birgə təlimlər keçməsi İran rejimini narahat edir:

“İran xəbis qonşudur. Bu xəbislik də Ayətullah Seyid Əli Xameneyinin işlətdiyi ifadələrdən hiss olunur. İran mərkəzi fars düşüncə sistemi heç bir müsəlmanı, heç bir ərəbi, türkü sevmir. Bu ideologiyanın daşıyıcıları hamıya nifrət edir”.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
Hamısı