Meksika Konqresi Azərbaycan xalqını təbrik etdi - ednews.net

6 Dekabr, Bazar ertəsi

Meksika Konqresi Azərbaycan xalqını təbrik etdi

Siyasət A- A A+

Meksika Deputatlar Palatasının bir sıra üzvlərinin təşəbbüsü ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrik bəyanatı qəbul edilib.

EDNews.net xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.

Bəyanatda “bu il qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi” deyilir, bu müddət ərzində Azərbaycanın uğurlu inkişaf yolu keçərək beynəlxalq aləmdə güclü və mütərəqqi bir dövlət kimi öz yerini tutduğu, eyni zamanda Latın Amerikası regionunda diplomatik varlığını artıraraq region ölkələri, o cümlədən Meksika ilə dostluq və əməkdaşlıq əlaqələri qurduğu bildirilir.

Sənəddə Azərbaycanın hazırda öz səylərini məcburi köçkünlərinin öz evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etmək üçün azad olunmuş ərazilərinin yenidən qurulması, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin olunmasına yönəltdiyi qeyd edilir.

Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik ifadə olunur, eyni zamanda vətəninin ərazi bütövlüyü uğrunda həlak olmuş soydaşlarına görə başsağlığı çatdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...