Paşinyanın təklif etdiyi Bakıya lazım deyil - Erməni politoloq - ednews.net

6 Dekabr, Bazar ertəsi

Paşinyanın təklif etdiyi Bakıya lazım deyil - Erməni politoloq

Siyasət A- A A+

Azərbaycan rəhbəri qalib mövqeyindən çıxış edir.

EDNews.net xəbər verir ki, bu sözlər erməni politoloq Armen Baqdasaryanın mediaya şərhindəndir.

Baqdasaryan Azərbaycan Prezidentinin regional məsələləri MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından və ümumiyyətlə, İlham Əliyevin müxtəlif platformalardan maksimum istifadə etməsindən narahatlığını da dilə gətirib. O, MDB meydanının bu məsələlərə aidiyyəti olmadığını deməklə təsəlli tapmağa çalışıb.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında problemi üçtərəfli bəyanat tənzimləyir:

“Ancaq məsələ ondadır ki, Paşinyanın təklif etdikləri Azərbaycana lazım deyil. Paşinyan mina xəritələrini verməyi, delimitasiya və demarkasiya prosesini başlatmağı, kommunikasiyaları açmağı və atəşkəs rejiminin qorunması üçün nəzarəti gücləndirməyi təklif edir. Bakının isə ilk növbədə hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir”.

Baqdasaryan deyib ki, 44 günlük müharibədən bəri heç nə dəyişməyib, Bakının mövqeyi də ciddi şəkildə müttəfiqləri tərəfindən dəstəklənir:

“Xüsusilə yada salın ki, müharibə vaxtı heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanı ittiham etmədi. Bakı bilir ki, ərazi bütövlüyü məsələsində beynəlxalq aləm onu dəstəkləyir və bundan “status” məsələsində istifadə edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...