Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.
EDNews.net-in xəbərinə görə, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində bildirilib.
C. Bayramov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər nazirini qarşılayıb.