Erməni əsirləri İrəvanda Rusiya səfiri də qarşıladı - Bircə Putinlə Şoyqu çatmırdı - ednews.net

27 Noyabr, Şənbə

Erməni əsirləri İrəvanda Rusiya səfiri də qarşıladı - Bircə Putinlə Şoyqu çatmırdı

Siyasət A- A A+
Xəbər verdiyimiz kimi, dünən Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradov daha 5 erməni terrorçu hərbçisini Bakıdan apararaq İrəvana təhvil verib.
Son məlumata görə,  İrəvanın Erebuni aerodromunda Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycandan gətirilən beş işğalçı hərbçini Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də  təntənə ilə qarşılayıb.
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.
 
Təqdim olunan  foto və video-kadrlarda Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş komandirləri: generallar  Rüstəm Muradov, Mixail Kosobokov və indiki komandir general Gennadi Anaşkin, eləcə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin əks olunub.  Rusiya generalları, o cümlədən Rüstəm Muradov Rusiya səfiri Kopırkinlə, eləcə də Ermənistan Müdafiə Nazirliyinin generalları ilə mehribanlıqla qucaqlaşıb görüşürlər.// 
 
Sputnik.am-ın təqdim etdiyi videolardan birində Rusiya generalları İrəvana enən təyyarədən düşdükdən sonra arxa kadrda təmiz rusca səs(çox güman ki, general R.Muradovun səsidir) eşidilir: 
“Əzizim, sənin igidlərini gətirdik... Qoyun, artıq düşsünlər aşağı... Bizə hansısa iradlarınız yoxdur ki?”  Erməni olduğu aydın bilinən digər səs isə  belə cavab verir: Xeyr. Heç bir... Sağ olun...”
 
P.S.  Göründüyü kimi,  Rusiya səfiri və generallar Ermənistanın Azərbaycana qarşı müharibədə və mülki sakinlərə qarşı terror əməllərində iştirak etmiş hərbçilərini sanki öz doğma ordularının mənsubları kimi qarşılayıb ermənilərə təhvil verirlər. Bircə Rusiya prezidenti Putinlə müdafiə naziri Şoyqu çatışmır... 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...