Cənubdan gələn narkotik seli Coğrafi təsadüf yoxsa düşünülmüş müdaxilə?

Siyasət 13:49 20.10.2021

Müstəqilliyimiz dövründə narkotik dövriyyəsi Azərbaycanda ən aktual problemlərdən birinə çevrilib. Bir çoxları bunu haqlı olaraq cənub sərhədlərimizin açılması ilə əlaqələndirir. Sirr deyil ki, ölkəyə əsas narkotik idxalçısı İran vətəndaşları və onlarla əlbir olanlardır.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, cari ilin ötən dövrü ərzində cənub sərhədində 681 kiloqram 356 qram narkotik və psixotrop maddə saxlanılıb. Bu rəqəmə sərhəd keçid məntəqələri və gömrük orqanları üzrə məlumatları da əlavə etsək, ortaya daha pis mənzərə çıxır.

Bəs İslam dövləti, şəriət qaydaları ilə yaşayan bir dövlət necə olub ki, böyük narkotik ixracatçısına çevrilib? İran bunun qarşısını ala bilmir, yoxsa bilərəkdən göz yumur?

Hələ onillər öncə sərhədlərin açılması Azərbaycan vətəndaşları üçün də İrana gediş-gəlişi asanlaşdırdı və bir çoxları bundan yararlandı. Cənuba gedən soydaşlarımız orada narkotiklərin ucuz və nisbətən əlçatan olmasından heyrətə düşdü.

Doğrudan da bu ölkədə heroin, morfin, tiryək (xaş-xaş) adlandırılan narkotik maddələr geniş yayılıb. Buna ilk növbədə İranın iqlimi və coğrafi vəziyyəti şərait yaradır. Burada opium laləsinin (xaş-xaş) bitməsi üçün təbii münbit şərait var. Yəqin bu və digər səbəblərə görə ölkə məşhur “Qızıl aypara” narkotik kəmərinə daxildir. Araşdırmalara görə, dünya heroin dövriyyəsinin dörddəbir hissəsi İrandan keçir – bu isə ildə təxminən 105-110 ton narkotik maddə anlamına gəlir. Dövlət rəsmiləri özləri də etiraf edirlər ki, bu rəqəmin ancaq bir faizini ələ keçirmək mümkün olur.

Bundan əlavə, ölkədə güclü təsirə malik olan narkotik - “tiryək” istifadəsi artıq çoxdan ənənəvi hal alıb. Taksilərdə, çayxanalarda və qəlyanxanalarda tiryək, demək olar ki, açıq təklif olunur. Şəhərlərdə 3-5 qram tiryək cəmi 1 dollara satılır. Adambaşına xaş-xaş istifadəsinə görə İran dünyada ilk yeri tutur. Təkcə Tehranda gündə 4 tona qədər tiryək istifadə olunur.

Son 10 il ərzində isə İranda metamfetamin psixotrop maddəsinin istifadəsi geniş vüsət tapıb. Rənginə və görünüşünə görə “şüşə”, “patı” kimi adlandırılan bu maddə sırf kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir və maya dəyəri qəpiklərlə ölçülə bilər.

İranda narkotiklərin yayılmasının ikinci səbəbi ölkədəki sosial vəziyyətin aşağı səviyyədə olmasıdır. Sanksiyalar və qeyri-effektiv idarəetmə bahalaşma, ərzaq çatışmazlığı və işsizliyə gətirib çıxarır. Molla rejiminin tətbiq etdiyi kütləvi qadağalar (məsələn, internet məhdudiyyəti) gənc nəslin ciddi narazılığına səbəb olur. Gələcəyinə ümidsiz baxan gənclər çarəni qanunsuz yollarda tapır.

Faktiki olaraq İran cəmiyyətində iki cür həyat tərzi mövcuddur: Birincisi, “vilayəti-i-faqih” qaydaları ilə (şəriətə əsaslanan siyasi idarəetmə forması), ikincisi - qanunlara riayət etmək pərdəsi altında, rejimin qadağalarından yan ötmək cəhdləri ilə. Bu isə öz növbəsində cəmiyyət səviyyəsində koqnitiv dissonans (psixoloji gərginlik) və ciddi sosial fəsadlara gətirib çıxarır. 

Narkotiklərin geniş yayılmasının üçüncü böyük səbəbi ölkədə mövcud olan korrupsiya və hərc-mərclikdir. Yerli məmurlar və sahə müvəkilləri hazırlanan əməliyyatlar haqqında narkomafiyanı əvvəlcədən xəbərdar edir və nəticədə hüquq-mühafizəçiləri istənilən nəticəni əldə edə bilmirlər. Bu da azmış kimi narkotik dövriyyəsinə yüksəkçinli məmurların himayədarlıq etdiyi bildirilir.

Xarici tədqiqatçıların fikrincə, hətta kəşfiyyat orqanları və SEPAH generallarının da bu işdə əli var. Belə olan təqdirdə Azərbaycana cənubdan gələn narkotik axının hara kökləndiyi aydın olur.

Narkotiklər İrandan tək Azərbaycana deyil, regionun digər ölkələrinə də istiqamətləndirilir. Narkotacirlərin son məqsədi Avropa və Rusiya bazarlarıdır. Çünki burada həm istifadəçi sayı, həm də narkotikin qiyməti daha böyükdür.

Narkotiklərin tranziti üçün isə “boz” zonalardan istifadə olunur ki, bunlardan biri də işğal olunmuş ərazilərimizdən keçirdi. Lakin Müzəffər ordumuz Azərbaycan-İran sərhədinə nəzarəti tam geri qaytardıqdan sonra narkotik dövriyyəsinin bu istiqaməti narkotacirlərin və onların himayədarlarının əlindən çıxdı.

Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında xatırladıb ki, Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib:

“Beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutu bağlanıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Narkokuryerlər sərhədin Cəlilabad, Yardımlı, Lerik, Astara rayonlarından keçən hissəsindən istifadə edərək Azərbaycana külli miqdarda narkotik keçirmək cəhdlərini davam edirlər. Onların qarşısını mərd sərhədçilərimiz alır, bəzən həyatlarının, canlarının bahasına.

Proseslərin İranın “yuxarı” dairələri tərəfindən idarə olunmasını sübut etmək çətin olsa da, bunun Azərbaycanın zəif olmasını istəyən xarici qüvvələr üçün əlverişli olduğu dəqiqdir. Narkotiklər, gizli fahişəlik hər zaman istənilən cəmiyyətə daxildən sarsıdıcı zərbələr endirir, onun mənəvi dəyərlərini parçalamağa yönəldilir.

Cənubla tarixi bağlarımız, milli, mədəni, dini birliyimiz nəzərə alınsa orada baş verən proseslərin bizə də təsiri qaçılmazdır. Odur ki, özümüzü qorumaq, təsir altına düşməmək, təsiredici qüvvəyə çevrilmək gərəkdir.

 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı