“Bakı-Tehran gərginliyinin arxasında təbii olaraq Azərbaycandan daha güclü qüvvələr dayanıb”.
EDNews.net xəbər verir ki, bunu rus şərqşünas, analitik Viktor Nadein-Ravski deyib.
Analitikin sözlərinə görə, bu vəziyyətdə həm İranın ABŞ və İsrail ilə ənənəvi problemləri, həm də regiondakı problemlər vacib rola malikdir, İran da müharibədən sonra regionda Türkiyənin təsirinin artdığını, Azərbaycanın İsrail ilə sıx əməkdaşlıq etdiyini görür və öz taktikasını dəşiyir, bu və daha böyük regionda öz maraqlarını qoruya bilmək üçün mövqeyini sərtləşdirir.
“Regionda təsir üçün mürəkkəb proseslər, qarışıq qarşıdurmalar davam edəcək, İran ətrafında gərginlik saxlanılacaq”, - deyə o qeyd edib.