Bir neçə gün bundan öncə Qafan şəhərinin başçısı Gevorq Parsyan bildirib ki, Ağdağ yüksəkliyi Azərbaycanın nəzarəti altına keçib.
EDNews.net xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məlumatı təkzib edib.
Parsyan bildirib ki, yüksəklik hələ 2020-ci ilin dekabrında rəqibə güzəştə gedilib, rus sərhədçilər isə orada xidmət həyata keçiriblər, lakin iki gün əvvəl rus sərhədçilər ərazini tərk ediblər.
“O hissə bizim üçün vacib yüksəklikdir, lakin rusların yoxluğuna görə bu hissə azərbaycanlıların nəzarəti altına keçdi”, - deyə o qeyd edib.