“Mariya Zaxarovanın bəyanatı erməni cəmiyyəti üçün çox önəmlidir”.
EDNews.net xəbər verir ki, bunu Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin prezidenti Stepan Qriqoryan bildirib.
Qriqoryanın sözlərinə görə, 3+3 formatı erməni xalqının maraqlarına ziddir.
“Bu o deməkdir ki, Qərb bizim dostumuzdur. Əgər 3+3 formatı gerçəkləşsə, aydındır ki, yaxın gələcəkdə ərazi itkilərimiz olacaq. Bu formatda Rusiya, Türkiyə və Azərbaycan üstünlük təşkil edəcək. Bunun erməni xalqı üçün nə ilə bitəcəyi anlaşılandır”, - deyə Qriqoryan bildirib.