"İrəvan Rusiya Müdafiə Nazirliyinin Bakıyla demarkasiya üzrə hazırlıq mərhələsi ilə bağlı təklifləri ilə razılaşır".
EDNews.net armeniasputnik.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, bir gün əvvəl parlamentdə bəyan edib ki, 2021-ci ilin mayından sonra Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya ilə bağlı 3 təklifin verilib və rəsmi İrəvan hələ də bu təkliflərə sadiqdir.
"Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiya ilə bağlı hazırlıq mərhələsi üçün təkliflərlə çıxış edib. Və mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur", - Paşinyan bildirib.
Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri həyata keçirməyə çalışmaq üçün detalları dəqiqləşdirməyi tapşırıb.